Dünya futbolu

“Mançester Yunayted” Müllerə 100 milyon avroluq təklif göndərib

“Mançester Yunayted” “Bavariya”nın hücumçusu Tomas Mülleri transfer etmək istəyib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda Münhen klubunun maliyyə direktoru Yan-Kristian Drezen açıqlama verib:

“Təsdiq edə bilərəm, “Mançester Yunayted” Müller üçün 100 milyon avro təklif etmişdi. Bu haqda bizə faks göndərildi. Lakin “Bavariya” heç vaxt Müllerin satışı ilə bağlı hər hansı müzakirə aparmayıb. Əgər bir oyunçu bizim tələblərimizə cavab verirsə, hətta rekord təkliflərdən də imtina etməyə hazırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43