Dünyadan

“Mançester Yunayted” “Real” və “Barselona”nı geridə qoydu

“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu olub.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə təmsilçisi bundan əvvəl 11 mövsüm qazancına görə lider olan “Real”ı geridə qoymağı bacarıb.

“Deloitte” beynəlxalq audit və analitik şirkətinin illik hesabatında bildirilib ki, “qırmızı şeytanlar” ötən mövsüm 689 milyon avro (515,3 funt sterlinq) qazanc əldə ediblər. Bu göstərici daha öncəki illə müqayisədə 170 milyon avro çox gəlir deməkdir.

İspaniya nəhəngləri – “Barselona” (620,2 milyon avro) ikinci, “Real” isə (620,1 milyon avro) üçüncü olub. İlk beşliyi “Bavariya” (Almaniya, 592 milyon avro) və “Mançester Siti” (524,9 milyon avro) tamamlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43