19 Noyabr 2019
Dünya futbolu

“Mançester Yunayted” üçün növbəti namizəd

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt mövsümün sonunda “Mançester Yunayted”in sükanı arxasına keçə bilər.

48 yaşlı mütəxəssis “qırmızı şeytanlar”ı çalışdırmağa növbəti namizəddir. Bu vəzifəyə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonu gətirməyə çalışan klub rəhbərliyi Sautqeytə alternativ variant kimi baxır.

Hazırda “Mançester Yunayted”i sabiq futbolçusu Ole-Qunnar Sulşer çalışdırır. Norveçli mütəxəssisin mankunyanlarla müqaviləsi bu ilin yayına qədərdir.

Oxşar xəbərlər

“Atletiko”nun stadionu sökülür

admin

“Valeniya” rus futbolçu transfer etdi, 80 milyon avro təzminat qoydu

admin

Rüfət Dadaşov het-trik etdi, komandası darmadağınla qazandı

admin