Dünya futbolu

“Mançester Yunayted” üçün növbəti namizəd

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt mövsümün sonunda “Mançester Yunayted”in sükanı arxasına keçə bilər.

48 yaşlı mütəxəssis “qırmızı şeytanlar”ı çalışdırmağa növbəti namizəddir. Bu vəzifəyə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonu gətirməyə çalışan klub rəhbərliyi Sautqeytə alternativ variant kimi baxır.

Hazırda “Mançester Yunayted”i sabiq futbolçusu Ole-Qunnar Sulşer çalışdırır. Norveçli mütəxəssisin mankunyanlarla müqaviləsi bu ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43