Dünya futbolu

“Mançester Yunayted” Xames üçün 50 milyon ödəməyə hazırdır

“Real” bu yay Xames Rodrigeslə vidalaşmağı planlaşdırır.

Madrid klubunun prezidenti Florentino Peres futbolçunun komandada qalmasının tərəfdarı olsa da, Zinəddin Zidan açıq şəkildə bəyan edib ki, kolumbiyalı oyunun planlarına daxil deyil.

Hazırda 7 klub Xamesin xidmətində maraqlıdır. Lakin onların heç biri “Real”ın tələb etdiyi 75 milyon avronu ödəmək fikrində deyil.

Belə ki, “Mançester Yunayted” Rodrigesə görə maksimum 50, “İnter” 40 milyon avro ödəməyə hazırdı. “Arsenal”, “Tottenhem”, “Liverpul” və “Zenit” rəsmiləri də 75 milyonun çox hesab edirlər.

PSJ isə Xamesin alınmasından öncə Anxel Di Mariya və Xavyer Pastorenin gələcəyi barədə qərar qəbul etməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43