Dünya futbolu

“Mançester Yunayted” yayda bu 3 futbolçunu heyətinə qatacaq

Avropa Liqasının qalibi olub Çempionlar Liqasına vəsiqə qazanan “Mançester Yunayted” yayda heyətinə bir neçə yeni futboçu transfer etməyi planlaşdırır.

“The İndependent”in yaydığı məlumatına görə, komnada “Atletiko”nun hücumçusu Antuan Qrizmannı transfer etməkdə israrlıdır. Komandanın yayda əsas məqsədlərindən biri futbolçunu heyətə qatmaqdır. Bu transferin iyun ayının sonunadək başa çatacağı gözlənilir. Artıq fransalı futbolçu “mankunyanlar”la maliyyə məsələlərində razılığa gəlib.

Bundan əlavə, “qırmızı şeytanlar” komandaya daha bir hücumçu transfer etməyi düşünür. Bu, İtaliyanın “Torino” klubunun hücumçusu Andrea Belottidir. “Torino” futbolçuya 100 milyon avro qiymət qoyub. Məlumata görə, ingilislər Belotti ilə danışıqları davam etdirir. Lakin onun transfer ediləcəyi hələ dəqiq deyil.

Komandanın yayda transfer edəcəyi daha bir futbolçunun da adı məlumdu. Mançester təmsilçisi “Börnli”nin müdafiəçisi Maykl Kini heyətinə qatmağı planlaşdırır. “Mançester Yunayted” yetirməsi olan 24 yaşlı futbolçu 2014-15-ci illərdə icarə əsasında “Börnli”də çıxış etsə də, komanda mövsüm sonunda futbolçunu transfer etməyi bacarmışdı. 24 yaşlı müdafiəçi cari mövsüm “Börnli”nin heyətində keçirdiyi 39 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43