19 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”də zədəlilər geri dönür

“Mançester Yunayted”də Kazemiro və Lisandro Martines məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi noyabrın 1-dən, argentinalı müdafiəçi isə sentyabrın 20-dən bəri meydanlardan uzaq idi. Hər iki oyunçu yanvarın 8-i keçiriləcək İngiltərə Kuboku oyununda iştirak edə biləcək.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Harri Maquayr, Meyson Maunt və Tirell Malasianın da tezliklə məşqlərə geri dönəcəyini açıqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43