Dünyadan

“Mançester Yunayted”də ayrılıq: tam 20 il sonra

İngiltərə Premyer Liqa klublarından “Vest Bromviç”, 20 ildir “Mançetser Yunayted”də forma geyən Daren Fleçeri heyətinə qatdı.

İdmanxeber.com-un məlumatına görə, qış transfer dövrünün son günündə 31 yaşındakı şotland oyunçusu Daren Fleçer “Vest Bromviç”lə müqavilə imzalayıb.

Qeyd edək ki, “qırmızı şeytanlar”ın düşərgəsində 11 yaşında futbola başlayan və bütün futbol karyerasında eyni klubda davam edən Fleçer, oynadığı 347 qarşılaşmada 24 qol və 27 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43