Dünya futbolu

“Mançester Yunayted”də daha bir ciddi itki

“Mançester Yunayted”in heyətində daha bir ciddi zədələnmə qeydə alınıb.

İngiltərə Premyer Liqasının 35-ci turunda “Suonsi” ilə matçda zədələnən “qırmızı şeytanlar”ın futbolçusu  Lyuk Şounun durumunun ciddi olduğu müəyyənləşib. Onun üçün bu mövsümün artıq başa çatdığı bildirilib.

Hazırda “qırmızı şeytanlar”ın heyətində  Zlatan İbrahimoviç,  Erik Beyi, Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədəlidirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43