Dünya futbolu

“Mançester Yunayted”də “təmizləmə” işləri

Yay transfer dönəminin fəal komandalarından olan “Mançester Yunayted” heyətində “təmizləmə işləri”nə start verib. 

İdmanxeber.com-un xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyo ilkin “qara siyahı”sını açıqlayıb.

 

Pol Poqba, Zlatan İbrahimoviç, Erik Beylli kimi futbolçuları heyətinə qatan “qırmızı şeytanlar”da 4 oyunçunun komandanı tərk edəcəyi dəqiqləşib. Bunlar müdafiəçilər Markos Roxo, Deyli Blind, həmçinin yarımmüdafiəçilər Xuan Mata və Bastian Şvaynştaygerdi. Portuqaliyalı mütəxəssis adıçəkilən oyunçuların xidmətində maraqlı olmadığını bildirib və onlara özlərinə komanda tapmağı tapşırıb. Yeni çalışdırıcının siyahısının genişlənməsi də istisna deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43