Dünya futbolu

“Mançester Yunayted”dən türk futbolçuya fantastik təklif: 36 milyon!

İngiltərənin “Mançester Yunayted” klubu transfer çalışmalarını sürətləndirib.

Britaniya mətbuatının yaydığı xəbərə görə, “Şeytanlar” Dortmund “Borussiya”sında çıxış edən İlkay Gündoğana göz dikib. İngilislərin istedadlı futbolçu üçün qarşı tərəfə 36 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, türk yarımmüdafiəçi ilə Madrid “Real”ı da yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43