Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu La Liqa klubunda

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Adnan Yanuzay karyerasını İspaniya La Liqasında davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, Belçika millisinin üzvü “Real Sosyedad” klubuna transfer olub. San-Sebastiyan təmsilçisi 22 yaşlı Kosovo əsilli yarımmüdafiəçi üçün “Mançester Yunayted”ə 11 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Yanuzay Son mövsümü icarə əsasında “Sanderlend”də keçirib və 25 oyunda 3 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43