Dünya futbolu

“Mançester Yunayted”in hədəfindəki braziliyalı

“Mançester Yunayted” müdafiəsini Bremerlə gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı müdafiəçi üçün yayda “Yuventus”un qapısını döyəcək.

Bremer 2022-ci ilin yayında 44 milyon avroya “Torino”dan “qoca sinyora”ya keçib. 26 yaşlı oyunçu bu mövsüm 25 oyuna çıxıb və 2 qol vurub.

Transfermarkt portalına görə oyunçunun dəyəri 50 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43