“Mançester Yunayted” “Napoli”nin müdafiəçisi Kim Min Je ilə maraqlanır.
İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “Corriere dello Sport” nəşri məlumat yayıb. Bildirilir ki, komandanın baş məşqçisi Eriq ten Haq 26 yaşlı futbolçunu israrla heyətində görmək istəyir.
“Qırmızı şeytanlar” müdafiəçini yayda transfer etmək niyyətidədir. Belə ki, cənubi koreyalı oyunçunun müqaviləsində yayda 48 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. Bu səbəbdən də Premyer Liqa klubu bu fürsətdən yararlanmaq istəyir.
26 yaşlı müdafiəçi cari mövsüm 30 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.