22 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”in üzvü Ronaldonun yanına gedir

“Mançester Yunayted”in futbolçusu Kasemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu “Əl-Nəsr” klubunun maraq dairəsindədi. Artıq tərəflərin anlaşmağa yaxın olduğu iddia edilir.

Ərəblərin Kasemiro üçün 100 milyona yaxın təzminat ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, Kristiano Ronaldo da “Əl-Nəsr” klubunun formasını geyinir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43