Dünya futbolu

“Mançester Yunayted”lə 10 min dəfə də oynasaq, uduzmarıq”

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra açıqlama verib. O, şokda olduqlarını deyib:

“Nəticəyə görə məyusam. İlk görüşdə yaxşı oynadıq. Bu oyunda isə 72 faiz topa sahib olduq. Ancaq əlavə vaxtda qapımıza penalti təyin edildi. Bunu başa düşmürəm. Paltardəyişmə otağında hamı çox üzgün idi. Bütün komanda şokdadı. Bu, futboldu, riyaziyyat deyil. Bundan sonra “Mançester Yunayted”lə 10 min dəfə də oynasaq, uduzmarıq. Futbolçulara irad bildirmədim. Onlar hamısı meydana qələbə üçün çıxmışdı”.

Səfərdə keçirilən ilk görüşdə 2:0 hesabı ilə qalib gələn PSJ evdə 1:3 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43