Dünyadan

“Mançester Yuneyted”dən getdi – RƏSMİ

“Everton” “Mançester Yunayted”in futbolçusu Tom Kleverleyini heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, “Qırmızı şeytanlar”la müqaviləsi başa çatan 25 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanacaq.

Klubun rəsmi saytında yer alan xəbərdə bildirilir ki, yaxın günlıərdə Kleverley ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, ötən mövsümü “Aston Villa”da keçirən 25 yaşlı yarımmüdafiəçi 30 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43