20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted” tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsini sonuncu pillədə başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu dəfə komanda 2005/2006 mövsümündə qrupda dördüncü olub. Bundan başqa, “qırmızı şeytanlar” turnirdə topladığı xallara görə də antirekorduna imza atıb.

İngiltərə  təmsilçisi 6 oyunda cəmi 4 xal toplayıb. Bu nəticə MY-nın tarixində ən pis göstərici oldu. 

A qrupunda “Bavariya” 16 xalla birinci yeri tutub. “Kopenhagen” 8 xalla ikinci olub. “Qalatasaray” isə (5) üçüncü pillədə qərarlaşıb və mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43