Dünya futbolu

Mançini “Lester”dən imtina etdi

Klaudio Ranyeri ilə yolları ayıran “Lester Siti” baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “tüklülər” italiyalı mütəxəssis Roberto Mançiniyə təklif göndərib. Ancaq 52 yaşlı çalışdırıcı “Lester Siti”nin təklifini qəbul etməyib və bu klubda işləmək istəməyib.

Qeyd edək ki, son iş yeri İtaliya “İnter”i olan Mançini İngiltərə “Mançester Siti”ni çalışdırıb və kluba tarixində ilk dəfə çempionluq sevinci yaşadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43