Kateqoriyasız

Mançini mümkün istefasından danışdı: “İndi də gedə bilərəm, sabah da” – AÇIQLAMA

"Qalatasaray"ın uğursuzluqdan qurtula bilməməsi "Cim-Bom"lu azarkeşlərin səbrini tükədib.

İdmanxeber.com-un məlumatına görə, "aslan"ın çalışdırıcısı Roberto Mançini "Bursaspor"la kubok oyunundan (2:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Sabah da gedə bilərəm, bu axşam da istefa verə bilərəm. Bu  əslində problem deyil. Mən bura gələndə böyük məqsədlər üçün gəldim. Klubun qarşıma qoyduğu layihələr məni cəlb etdi və mən "Qalatasaray"ı seçdim. İşləmək üçün gəldim. Getmək asandır. Bu axşam da gedə bilərəm. Ancaq sizdən bunu başa düşməyinizi istəyirəm. Hətta azarkeşlər arasında məni istəməyənlər var. Başa düşürəm, razılaşmasam da, fikirlərinə hörmət edirəm. Buraya gələndə çətin bir işi icra edəcəyimi bilirdim. Mən bura gələndə mənə gələcəyin komandasını qurmağı tapşırdılar. Bu layihə məni cəlb etdi və mən bura buna görə gəldim. Ancaq bu bir anda olacaq iş deyil. Hər oyunda azarkeşlərin mənim ünvanıma təhqiredici şüarlar səsləndirmələri xoş deyil, gəldiyim kimi gedə bilərəm. Ancaq bura layihələri icra etmək, gələcəyin komandasını qurmaq üçün bura gəlmişəm".

Daha sonra italiyalı çalışdırıcı "Real" və "Mançester Yunayted"in təkliflərinə niyə yox deyərək, "Cim-Bom"u seçdiyinə aydınlıq gətirib:

"Son bir həftədə yazılanlar doğru deyil. Yaxşı işlər görmək üçün bəzən bütün çətinliklərə sinə gəlməlisən. Mənə bəzən sual verirsiz ki, "niyə Real"a, "Mançester Yunayted"ə "yox" deyib, "Qalatasaray"ı seçdiniz?". Mən yenə deyirəm, klubun mənim qarşıma qoyduğu tələblər, şərtlər və layihələr məni daha çox cəlb etdi. Məhz buna görə, bu gün mən burdayam". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43