Dünya futbolu

Mançini “siftə” edir

 İtalyan çalışdırıcı Roberto Mançini “Qalatasaray”ın başına keçməsilə birlikdə, artıq bir neçə futbolçunu gözaltı edib.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Mançininin transfer siyahısında birinci yerdə dayanan, “Lokomotiv”in (Moskva) seneqallı hücumçusu Dame N’Doyedir. Moskva təmsilçisi futbolçunu satmaq istəmir. Ancaq “Qalatasaray”ın yüksək məbləğ təklif edəcəyi təqdirdə, futbolçunun komandadan ayrılacağı istisna olunmur.

Qeyd edək ki, N‘doye “Lokomotiv” forması ilə meydana çıxdığı 34 maçtda 14 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43