Dünyadan

Mançininin “gözü” “Beşiktaş”ın futbolçusunda

“İnter”in baş məşqçisi Roberto Mançini, “Beşiktaş”ın gənc ulduzu Oğuzxan Özyakupun transfer edilməsi üçün rəhbərliyə hesabat verdi.

İdmanxeber.com-un məlumatına görə, İtalyalı baş məşqçi, Türkiyədəki macərası əsnasında yaxından maraqlandığı gənc oyunçunu yeni komandasına gətirmək üzrə hərəkətə keçdi. Türk – Hollandiya olmaq üzrə cüt pasportu olan 22 yaşındakı futbolçu, “Arsenal” alt quruluşunda yetişib.

“Beşiktaş”ın beş milyon avroluq təklifini  yüksək bilən  “İnter”in, futbolçunu icarəyə götürəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43