“Yaxşı oyun keçdi. “Qarabağ” gözəl oyun sərgilədi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Roberto Mançini oyundan sonrakı mətbuat konfransında deyib:
“Qarabağ”ın qeydə alınmayan qolu barədə bir şey deyə bilmərəm. Hakimlər də səhv edə bilər. “Qarabağ” oyun ərzində əlinə düşən şanslardan istifadə edə bilsəydi həmin epizoda ehtiyac qalmazdı”.
Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan “Qarabağ” – “İnter” matçının son 90+ 4-cü dəqiqəsində təmsilçimiz hesabı açsada bu qol qeydə alınmayıb.