Dünya futbolu

Manuel Fernandes: “Pulda gözüm olsaydı, “Fənərbağça”da oynayardım”

Son dönəmlər Manuel Fernandesin “Beşiktaş”dan ayrılacağı xəbərləri yayılıb.

“Fənərbağça”dan təklif alan ulduzun komanda da qalacağı gözlənilir.

Ötən gün klub prezidenti Fikrət Ormanla görüşən futbolçu “Beşiktaş”da qalmağa razılıq verib. Portuqaliyalı oyunçu başqanla söhbətində pulu düşünmədiyini, tək problemin isə avropada oynaya bilməməklərinin olduğunu deyib:

“Türkiyədə yalnız “Beşiktaş”da oynayacam. Pulda gözüm olsaydı, “Fənərbağça”da oynayardım. Mənə təkliflər var, bunu hər kəs bilir. Avropada oynaya bilmirik və bu da mənə təsir edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43