Dünyadan

Maradona: “Aquero kişidirsə, meydana çıxsın”

Dünyanın ən güclü futbolçularından biri olmuş Dieqo Maradona keçmiş kürəkəni “Mançester Siti”nin futbolçusu Serxio Aquero ilə bağlı olay yaradacaq açıqlamlar verib.

O, televiziyada yayımlanan bir verlişə zəng edərək futbolçu barədə sərt fikilər səsləndirib.

Belə ki, nəvəsinin vəkalət məsələsi səbəbindən qızı ilə məhkəmə çəkişməsində olan Aquero barədə Maradona bunları deyib: “Mən məhkəməyə gəlib kimin haqlı olub-olmadığını deməyəcəm. Aquero kişidirsə, meydana çıxsın. Qızım onun etdiyi kimi kimsədən qorxmamalıdır. Növbəti dəfə orada olacam. Görüm mənim yanımda o bir söz deyə biləcəkmi? Onun adını belə çəkmək istəmirəm. Çünki qorxaqın biridir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43