Dünya futbolu

Maradona baş məşqçi təyin edildi

Əfsanəvi Dieqo Maradona beş illik fasilədən sonra məşqçiliyə qayıdıb.

O, Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Fujairah Sports Club”un baş məşqçisi təyin edilib. Klubdan verilən açıqlamada Maradona ilə 1 illik müqavilə imzalandığı bildirilib.

Maradona son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43