Dünyadan

Maradona Messi haqda – “Liderlik onluq deyil”

Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona son zamanlar tənqidlərə məruz qalan yığmanın hücumçusu Lionel Messi haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Maradona Messini tənqid edənləri buna son qoymağa çağırıb:

“Messini Argentina himnini oxumadığı üçün tənqid etməyə son qoyun. Onu komandanın lideri olmadığına görə günahlandırmayın. 

Liderlik onluq deyil. Messi lider olmaq istəmir. Onu rahat buraxmalıyıq. Meydanda necə ona rahatdırsa, elə də hərəkət etməlidir. Messinin komanda yoldaşları da kubok qazanmaq üçün meydanda həlledici rol oynamırlar. Messisiz yığmamız öz tarixi üçün mübarizə aparacaq. Ancaq Messi ilə komandamız finallarda oynayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43