Dünya futbolu

Maradona: “Messi milliyə qayıtmasın”

Maradona Messinin müdafiəsinə qalxıb.

Dünya futbolunun əfsanəsi Diego Maradona Messinin milliyə dəvət almamasına münasibət bidirib: O, Leonun yersiz yerə günahlandırıldığını qeyd edib:

“Ona məsləhət görərdim ki, milli komandaya qayıtmasın. Argentinanın U-15 yığması məğlub olur, Messini günahlandırırlar. Ölkə çempionatında “Racing” “Boca Juniors”la qarşılaşır, yenə günahkar Messidir. Onu həmişə və hər şeydə günahlandırırlar. Leoya deyərdim ki, qayıtmasın və görək milli onsuz nə edəcək”.

Qeyd edək ki, Messi Argentina millisinin oktaybrda  İraq və Brazilya ilə keçiriləcək yoxlama oyunları üçün heyətə çağırılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43