Dünya futbolu

Maraqlı İslandiya, maraqlı özəlliklər

“Avro-2016”-ya qalmaqla tarixi uğura imza atan İslandiya bununla da kifayətlənməyərək 1\4 final mərhələsinə qədər irəliləyib.

İdmanxeber.com sizə bu ölkə barədə maraqlı özəllikləri təqdim edir.

1) Avropanın ən kiçik ölkələrindən olan İslandiyanın 332 min əhalisi var

2) 21 min 500 nəfər lisenziyalı futbolçusu var. İngiltərədə isə bu rəqəm 4 milyon 100 min idi

4) 4 il əvvəl FİFA reytinqində 130-cu sırada olsalar da, ard-arda qələbə qazanaraq 34-cü pilləyə qədər qalxdılar

5) İslandiya millisinin hücumçusu Bödvarsson qışda yanacaq doldurma məntəqəsində işləyir, yayda isə futbol yaşantısına davam edir

6) Milli komandanı Lars Lagerbak və Heymir Halqrimsson idarə edir, yəni iki baş məşqçi eyni postu zaman-zaman bölüşür

7) Milli komandanın qapıçısı Haldorsson ölkəsində rejissorluqla məşğuldu

8) Köməkçi məşqçi Qudmunddur Benediktson həmdə ölkəsinin “Avro-2016” oyunlarını şərh edir

9) Millidə yer alan 23 futbolçunun heç biri İslandiya liqasında oynamır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43