Dünyadan

MARAQLI Neymarın hər yıxılmağına görə qonaqlıq verəcəklər

Hazırda Rusiyada keçirilən mundialda oyunun gedişində daha çox özünü yerə atan Neymarın bundan sonra hər dəfə yerə yıxılmasına görə, Braziliyanın paytaxtı Rio-de-Jeneyroda fəaliyyət göstərən restoranlardan biri qonaqlıq verəcək.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in qrup mərhələsinin Serbiya ilə oyununda Neymarın yerə yıxıldığı hər epizoda görə müştərilərinə pulsuz qonaqlıq verəcək.

Yersiz yerə tez-tez yerə yıxılan Neymarın bu hərəkəti braziliyalı fanatların qəzəbinə tuş gəlib.

Qeyd edək ki, Serbiya – Braziliya oyunu iyunun 27-də keçiriləcək və Bakı vaxtı ilə 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43