Dünya futbolu

Marat İzmayılov “Fənərbaxça”ya qarşı oynamayacaq

Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbaxça”nı qəbul edəcək “Krasnodar” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın yarımmüdafiəçisi Marat İzmaylov bu görüşü buraxacaq. 34 yaşlı futbolçu məşq zamanı zədələnib.

Xatırladaq ki, Rusiya millisinin sabiq üzvü olan İzmaylov 2014-cü ildə “Qəbələ”də çıxış edib.

Qeyd edək ki, “Krasnodar” – “Fənərbaxça” matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43