Ölkə futbolu

“Maribor” – “Qəbələ” matçı saat neçədə başlaycaq ?

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində “Maribor”la keçirəcəyi cavab matçının vaxtı müəyyənləşib. 

İdmanxeber.com Sloveniya klubunun rəsmi saytına istinadən bu məlumatı yayıb.

 

Avqustun 25-də baş tutacaq görüş yerli saatla 20:15-də, Bakı vaxtı ilə 22:15-də start götürəcək.

 

“Ljudski vrt” stadionunda baş tutacaq qarşılaşmanın bilet qiymətləri də bəlli olub. “Maribor” – “Qəbələ” görüşünü izləmək üçün böyüklər 13 avro, 15 yaşa qədər olan uşaqlar 7 avro, üzvlük kartı olanlar isə 4 avrolarından keçməli olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43