16 Sentyabr 2024
Ölkə futbolu

Mario Balotelli Azərbaycana gəlir?

“Adana Demirspor”un futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə,bu barədə onun meneceri Enzo Rayola İtaliya mətbuatına açıqlamasında söyləyib. Agent Balotellinin təkliflərə baxmayaraq, yenidən İtaliyada oynamaq istədiyini deyib:

“Çoxları mənə zəng edir, amma o, İtaliyada oynamaq arzusundadır. Mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən zəng edirlər. Hər yerdən əlaqə qururlar”.

33 yaşlı hücumçunun “Adana Demirspor”la müqaviləsi bu ilin yayına qədərdir. O, cari mövsümdə Super Liqada 5 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43