Dünyadan

Mario Qomezə “Volfsburq”dan gözlənilməz xəbər

Bundesliqada son matçında evində “Şalke”yə məğlub olan “Volfsburq”, 11-ci həftəni 9 xalla 14-cü sırada tamamlayıb.
İdmanxeber.com-un məlumatına görə, keçən mövsüm icarə əsasında oynadığı “Beşiktaş”da yenidən “doğulduqdan” sonra, “Fiorentina”dan “Volfsburq”a transfer olan Mario Qomez, futbol olaraq gözlədiyini tapa bilmədi. Qomez üçün bir şok da, klubun büdcəsini illik 30 milyon avro kiçildiləcəyini açıqlaması oldu.

Klubun idman direktoru Klaus Allofs, Draksler və Qomez kimi ulduz futbolçularla yolların ayrıla biləcəyini ifadə edərkən, klubun ulduzları transfer etmək yerinə öz ulduzlarını yetişdirməyə yönələ biləcəyini də vurğulayıb.

Qeyd edək ki, alman hücumçu meydanda olduğu 10 matçda sadəcə 3 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43