İdman

Mariya Şarapovanın cəzası azaldıldı

İdman Arbitraj məhkəməsi “Böyük dəbilqə” turnirlərinin 5 qat çempionu Mariya Şarapovanın cəzasını azaldıb.

İdmanxeber.com xəbər verir ki, 29 yaşlı tennisçinin cəzası 15 aya endirilib. O 2017-ci ilin 26 aprelindən yarışlarda iştirak edə biləcək.

Xatırladaq ki, rusiyalı atlet qadağan edilmiş meldonium preparatından istifadə etdiyinə görə 2 il müddətinə diskvalifikasiya olunmuşdu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43