İdman

Mariya Stadnik 4-cü dəfə Avropa çempionu oldu – VİDEO

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 

1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. 

Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə – 11:0 məğlub edən Mariya Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43