Dünya futbolu

Marsel Keyzer: “Bakıya qələbə üçün gəlmişik”

Avroliqa qrup mərhələsinin V turuna start verilir

İdmanxeber.az-ın məlumatına görə,  sabah Avroliqanın qrup mərhələsinin V turunda “Qarabağ” “Sportinq”i qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Marsel Keyzer görüş barəsində fikiurlərini bildirib:

“Bura qələbə üçün gəlmişik. Təbii ki, bu bizim üçün asan olmayacaq. Lakin bunun üçün komandam əlindən gələni edəcək. Artıq 3 həftədir ki, komandanın başıbdayam. Zaman keçdikcə komandaya daha çox alışıram. Hər keçən gün daha yaxşı komanda olmaq üçün çalışırıq.

Oyunçularımda kifayət qədər ruh yüksəkliyi var. Sabahkı oyuna çox yaxşı hazırlaşmışıq. Oyunçularımla fərdi söhbət etməyi xoşlamıram. Onlarla kollektiv şəklidə danışıb oyunun əhəmiyyətini demişəm.

“Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin 3 oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43