Dünya futbolu

“Marsel” və “Borussiya” Balotelliyə təklif göndərib

Nitsa” ilə müqaviləsi başa çatan italiyalı futbolçu Mario Balotellinin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşməyib.

İdmanxeber.com-un məılumatına görə, hücumçunun xidmətində maraqlı olan klublar var. Futbolçunun agenti Mino Rayola bildirib ki, “Marsel” və Dortmund “Borussiya”sından rəsmi təklif alıblar: “Mario “Nitsa”da qalacaqmı? Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. “Marsel” və “Borussiya”dan da rəsmi təklif almışıq”.

Agent bildirib ki, gələcəklə bağlı yekun qərarı yaxın günlərdə verəcəklər: “Balotelli möhtəşəm mövsüm keçirdi. Ancaq bundan da yaxşısını edə bilər. O, mənə güvənir və birlikdə qərar verəcəyik. Mario üçün ata kimiyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43