Dünya futbolu

Marselo: “Real” dünyanın ən yaxşısı Ronaldo üçün darıxır”

“Real”ın braziliyalı ulduzu Marselo İspaniya mətbuatna müsahibə verib. O, hazırda yaxşı durumda olmayan Madrid təmsilçisi və klubdan ayrılan Kristiano Ronaldo barəsində danışıb:

“Hazırda istənilən səviyyədə deyilik. Komanda da Ramos, Modriç kimi öz mövqelərinin ən yaxşıları var. Ronaldo üçün təbii ki, darıxırıq. “Real” da dünyanın ən yaxşı oyunçusu üçün darıxır. Ronaldo kimi oyunçuya kim sahib olmaq istəməz ? Ancaq bütün bunları kənara atmalıyıq. “Real” gələn və gedən oyunçulara baxmayaraq dünyanın ən güclü klubu olmağa davam edəcək”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43