Dünya futbolu

Massimiliano Alleqri: “Real”a uduzduqdan sonra “Yuventus”dan getmək istəyirdim”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalında “Real”a 1:4 hesabı ilə uduzduqdan sonra komandadan ayrılmaq istəyib.

Bu barədə o,  “Sky İtalia”ya açıqlamasında bildirib. Lakin sonradan italiyalı mütəxəssis bu fikrindən daşındığını deyib:

“Finaldan öncə hamı məndən çempion olacağımız halda, gedib-getməyəcəyimi soruşurdu, ancaq mən “Real”a uduzduqdan sonra bu barədə düşünürdüm. Mən fikirləşməli və bəzi şeyləri təhlil etməli idim. Sonra qalmağa qərar verdim. Məğlubiyyətdən sonra azarkeşləri məyusluğun anlayıram. Kardiffdəki final digər uğurlarımızı silmir. Növbəti mövsüm bütün kubokları qazanmalıyıq”.

Qeyd edək ki, M.Alleqri bu ay “Yuventus”la müqavilənin müddətini 2020-ci ilə qədər uzadıb.

Xatırladaq ki, “Yuventus” ötən mövsüm A seriyasını və İtaliya kubokunu qazanıb. Turin klubu ÇL-in finalında isə “Real”a 1:4 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43