21 Sentyabr 2024
Dünya futbolu

“Matça böyük ümidlərlə çıxacağıq” – “Barselona”nın futbolçusu

Sabah Avropa Liqasının pley-off mərhələsində “Barselona” səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin üzvü Ferran Torres qarşılaşma öncəsi fikirklərini bildirib. O, oyunun ilk görüşdəki kimi ağır olacağını açıqlayıb:

“Sabah ən yaxşı çıxışımızı etməliyik. Topu saxlamağa və səbrli olmağa çalışmalıyıq. “Mançester Yunayted” azarkeşləri bizə təzyiq göstərəcək. Ona görə də sakit qalmalıyıq. Rəqib hazırda çox yaxşı formadadır. Ancaq biz də “Barselona”yıq. Matça böyük ümidlərlə çıxacağıq”.

Görüş sabah saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43