Ölkə futbolu

Matenin “raket”i komandasına xal, özünə pul qazandırdı

Azərbaycan Premyer Liqasında aprel ayının ən yaxşı qolu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, çempionatın 30-cu turunda “Səbail” – “Kəpəz” görüşündə (3:3) qonaqların oyunçusu Mate Kvirkviyanın fərqlənməsi azarkeşlərin ən bəyəndiyi qol olub.

Gürcüstanlı futbolçu ayın qolunu vurmaqla 1000 manat qazanıb. Matenin mükafatı bu gün keçiriləcək “Neftçi” – “Kəpəz” matçından öncə veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43