Dünya futbolu

Maunt “Mançester Yunayted”ə keçmək istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”ə keçmək istəyir.

İdmanxeber.az “The Athletic” nəşrinə istinadən xəbəri verir ki,  londonlular “qırmızı şeytanlar”ın təklifini qəbul edərsə, 24 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”ə keçməyə hazırdır.

Mauntun “Çelsi” ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, “zadəganlar”la sözləşmə yeniləmək istəmir.

O, bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43