Ölkə futbolu

Mavritaniya millisinin üzvü “Keşlə”də

“Keşlə” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Diallo Quydileye ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi Mavritaniya yığmasının üzvüdür.

“Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub.

Qeyd edək ki, Quydileye karyerası ərzində Fransanın “Nansi”, “Şatoru”, “Trua” və “Brest”, eləcə də Kiprin AEL komandalarında oynayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43