Kateqoriyasız

Maykl Essyen “Səbail”dən ayrılır?

“Səbail”in qanalı ulduzu Maykl Essyen karyerasını Cənubi Afrika Respublikasında davam etdirə bilər.

İdmanxeber.az-ın məılumatına görə, 36 yaşlı yarımmüdafiəçi goal.com-a açıqlamasında seçimlərə açıq olduğunu deyib:

“Cənubi Afrika pis deyil. ora getmək istərdim. Siz heç vaxt “heç vaxt” deməməlisiniz. Mən seçimləri açıq saxlayıram. Mən futbolu sevirəm. Həyatım boyunca futbol oynadım. Yəni, indi karyeramı bitirməyi düşünmürəm. Cənubi Afrika klublarının xaricə çoxlu oyunçu satmamasının səbəbini bilmirəm. Futbolda nəyin yanlış getdiyini gerçəkdən anlada bilmərsiniz”.

Essyenin xidmətində “Kayzer Çifs” klubunun maraqlı olduğu qeyd edilib. Qana millisinin sabiq üzvünün “Səbail”lə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Oxşar xəbərlər

“Keşlə” yoxlama oyunu keçirəcək

admin

“Neftçi” “Qarabağ”ı təbrik etdi

admin

“AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib” – Menecerindən açıqlama

admin