Kateqoriyasız

Maykl Esyendən “Çelsi” azarkeşlərinə çağırış

“Səbail” klubunun şərəfini qoruyan ulduz futbolçu Maykl Esyen  öz  Instagram səhifəsində maraqlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, qanalı futbolçu Bakıda keçiriləcək “Çelsi” – “Arsenal” oyunu öncəsi birincilərin azarkeşlərinə səslənib. “Çelsi”də də  top qovmuş Esyen bunları qeyd edib;

“Mən 3 aydır burada yaşayıram və ətrafım çox gözəldir.  Bakılılar çox mehribandırlar. Bu şəhəri çox sevirəm. İrəli  “Çelsi”. Mən bütün “Çelsi”  fanatlarını Bakıya dəvət edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43