Müsahibə

Maykl Onil: “Qarabağ”ın Qlazqoda “Seltik”lə oyununu izləmişəm”

Sabah DÇ-2018-in seçmə qrup mərhələsin çərçivəsində Azərbaycan doğma meydanda Şimali İrlandiya millisini qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün matçdan öncə Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onilin mətbuat konfransı keçirilib.

Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Demişdiniz ki, Almaniya ilə oyunu yaxından izləyib… Millimizin sabahkı oyunundan nə gözləyirsiniz?

– Təbii ki, Azərbaycanın bütün oyunlarına baxmışıq. Düşünürəm ki, əslində, bu sualı Azərbaycanın baş məşqçisinə ünvanlamalısınız. Almaniya ilə oyunu yaxşı təhlil etmişik. İlk 30-35 dəqiqədə çox gözəl oyun sərgilədilər.

– Riçard Almeyda barəsində çox fikir bildirirniz…

– Onun oyununu çox izləmişik. Sabah Azərbaycan millisində debüt edəcək. Yaxşı oyunçudur. Buna baxmayaraq, bizim oyunçularımız da Premyer Liqada çıxış edirlər.

– Hava şəraitinin komandanıza mane olacağını deyirdiniz…

– Hava hələ ki, yaxşıdır. Türkiyədə də eyni hava şəraiti idi. Hətta ölkəmizdən gəldikdə də hava durum belə idi. Buna görə də düşünürəm ki, hava şəraiti bizə mane olmayacaq.

– Aəzrbaycan yığmasında hansı mövqeydə çıxış edən futbolçunu və hansı mövqeyi daha güclü sayırsız?

– Bizim təkcə Almeyda haqqında danışmağımız digər futbolçuların zəif olması anlamına gəlmir. Komandada Dmitri Nazarov kimi güclü futbolçu var. Ondan başqa Rahid Əmirquliyevi və Ramil Şeydayevi xüsusi vurğulayardım. Bu iki futbolçu çox  gözəl tandem yarada bilər. Ümumiyyətlə, Azərbaycan klubları Avropa Liqasında da uğurlu nəticələr göstərirlər. “Qarabağ”ın Qlazqoda “Seltik”lə oyununu izləmişəm. Çox gözəl oyun nümayiş etdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43