Ölkə futbolu

“Maynts” – “Qəbələ” matçının təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Maynts” – “Qəbələ” oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, oyuna Simon Lee Evansın başçılıq etdiyi Uels Futbol Federasiyasının hakimlər briqadası təyinat alıb. Köməkçi hakimlər Qaret Vun Yones və Leviss Ross Eduards olacaq. Dördüncü hakim funksiyasını Daniel Bekett yerinə yetirəcək.

Qeyd edək ki, “Maynts” – “Qəbələ” görüşü dekabrın 8-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43