20 Sentyabr 2024
Dünya futbolu

Mbappe Avro-2024-də birincidir

Almaniyada keçirilən Avropa çempionatında ən sürətli futbolçuların adlarını açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıya Fransa millisinin hücumçusu Kilyan Mbappe başçılıq edir. O, saatda 36,5 kilomet sürətlə hamını qabaqlayıb.

İkinci sırada ispaniyalı Fernan Torres (36), üçüncü isə sloveniyalı Bemjamin Şeşkodur (35,9).

Xatırladaq ki, İspaniya və Fransa yığmaları isə yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43