Dünya futbolu

Mbappe ən yaxşı gənc futbolçu seçildi

Fransa Futbolçularının Həmkarlar İttifaqı ölkə çempionatında cari mövsümün ən yaxşı gənc futbolçu, ən yaxşı qapıçısı və baş məşqçisini seçib.

İdmanxeber.com-un məlumatına görə, bu mükafatlara “Monako”nun üzləri layiq görülüb. Ən yaxşı gənc futbolçu Kilian Mbappe, ən yaxşı baş məşqçi Leonardo Jardim və ən yaxşı qapıçı isə Daniel Subaşiç seçilib.

Qeyd edək ki, 18 yaşlı Mbappe cari mövsüm liqada 27 matçda 14 qol vurub, 8 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43